Accessibility links

Kabildə partlayış nəticəsində 20 nəfər həyatını itirib


Əfqanıstan rəsmiləri paytaxt Kabildə güləş idman məktəbində iki bombanın partlaması nəticəsində azı 20 nəfərin öldüyünü, 60-dan çox insanın yaralandığını bildiriblər.

Polisin bildirdiyinə görə, intiharçı bomba hücumçusu şəhərin əsas etibarilə şiələrin yaşadığı hissəsində yerləşən idman klubunda üzərindəki partlayıcıları işə salaraq özünü partladıb. İkinci hücumun rəsmilərin birinci partlayışdan sonra insanlara yardım göstərərkən yaxınlıqda baş verdiyi bildirilir.

Hücuma görə məsuliyyəti dərhal öz üzərinə götürən olmasa da, burada İslam Dövləti qrupunun izləri müşahidə edilir. Sünni terror təşkilatı bundan əvvəl də şiə müsəlmanların hədəf alındığı hücumlar törədib.

Şiələrin yaşadığı Dəşt-e-Bərçi məhəlləsi İslam Dövləti qrupu tərəfindən dəfələrlə hədəf alınıb. Keçən ilin dekabr ayında törədilmiş bir neçə bomba hücumu 40-dan sakinin ölümünə səbəb olmuşdu. Auqust ayında isə daha bir bomba hücumu nəticəsində 34 insan həyatını itirmişdi.

XS
SM
MD
LG