Accessibility links

Kabildəki şiə ibadətgahının yaxınlığında bomba partladılıb


Əfqanıstan rəsmilərinin verdiyi məlumata görə, Kabil şəhərində çərşənbə günü baş verən intiharçı bomba hücumu nəticəsində azı 26 nəfər ölüb, xeyli sayda insan isə yaralanıb.

Polis bildirib ki, partlayış paytaxtın ən gediş-gəlişli yerlərindən biri olan, şiə müsəlmanların Novruz bayramını qeyd etmək üçün Sakhi ibadətgahına gedən yolda baş verib.

Terror hadisəsinin kim tərəfindən törədildiyi hələ məlum deyil. Ancaq son aylarda İŞİD militantları Kabildəki şiə ibadət yerləri və yığıncaqlarını hədəf alıblar. Bununla bərabər, Taliban döyüşçüləri də şəhərin müxtəlif yerlərində intiharçı bomba hücumları həyata keçiriblər.

Taliban sözçüsü çərşənbə günü baş verən bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG