Accessibility links

Kabildə daha bir partlayış baş verib


Əfqanınstanın paytaxtı Kabildə şənbə günü baş verən partlayış nəticəsində azı üç nəfər ölüb, iki nəfər yaralanıb. Rəsmiləri sözlərinə görə, bunun xarici podratçı şirkətinə hücum olduğu güman edilir.

Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daneş deyib ki, ölənlər və yaralananların hamısı mülki şəxslərdir, podratçılar arasında isə ölən yoxdur.

Polis rəsmiləri partlayışın dəqiq səbəbi hələ də araştırılır, məsuliyyəti üzərinə götürən isə olmayıb.

Bu partlayış son zamanlarda onlarla insanın ölümü ilə nəticələnən partlayışlardan fərqli olaraq daha kiçikmiqyaslı olsa da, Kabildə davamlı olaraq baş verən hücumlar Qərbin dəstəklədiyi prezident Əşrəf Qaninin hökümətinə etimadı sarsıdıb.

Bu həftənin əvvəli ABŞ-ın Əfqanıstandakı baş komandiri general Con Nikolson deyib ki, Əfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələrinə yardım edən beynəlxalq qüdrətlər əsas diqqəti Kabildəki təhlükəsizliyinə yönəldəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG