Accessibility links

Kabildə intiharçı bomba hücumu ən azı 95 nəfərin ölümünə səbəb olub


Kabildə şənbə günü şəhərin məşğul ərazisində, hökümət binasının önündə avtomobil partlayışı ən azı 95 nəfərin ölümünə, 163 nəfərdən çoxunun xəsarət alması ilə nəticələnib.

Ölümcül avtomobil partlayışı Talibanın ağır sılahlanmış intiharçı bombaçıların Kabil Beynəlxalq Hotelinə həyata keçirdiyi hücumundan bir həftə sonraya təsadüf edir. Həmin hücum 14 xarici daxil olmaqla 22 nəfərin olümünə səbəb olmuşdu. Ölənlər arasında ən azı dörd amerikalı var idi.

Bir-birinin ardınca bu cür ağır hücumların keçirilməsi rəsmilərin zorakılığın qarşısını ala bilməməsi ilə bağlı tənqidlərini artırıb.

“İllər ərzində bu ərazi mütamadi olaraq intiharçı bombaçıların hücumuna mərazu qalıb. Kəşfiyyatın və təhlükəsizlik xidmətinin davamlı olaraq uğursuzluğu qəbuledilməzdir. Bu problemi aradan qaldırmaq üçün milli müzakirəyə ehtiyac var.” – deyə tanınmış əfqan jurnalist Bilal Sarvari öz Twitter hesabında bildirib.

Şənbə günü partlayışı Helman vilayətinin cənubunda yerləşən hərbi bazanın çölündə digər avtomobil partlayışından bir neçə saat sonra baş verib. Rəsmilərin bildirdiyinə görə, həmin ərazidə baş verən partlayış ən azı altı hökümət rəsmisinin yaralanmasına səbəb olub.

Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb və hücum nəticəsində bir neçə əsgərin öldürüldüyünü deyib. Lakin rəsmilər bu iddanın şişirdildiyini bilidirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG