Accessibility links

Əfqanıstanın paytaxtında mehmanxanada intiharçı hücumu olub


Əfqanıstanın paytaxtında mehmanxanaya edilən intiharçı bomba hücumu nəticəsində hücumçuların hər üçü və bir polis zabiti ölüb.

Kabilin polis rəisi general Əbdül Rəhman Rahimi deyib ki, hücumçulardan biri Kabil hava limanının şərqində, Northgate mehmanxanasının təhlükəsizlik divarının önündə partlayıcı maddə ilə dolu maşınını partladarkən həlak olub.

Polis bildirib ki, partlayış bütün Kabil şəhəri boyu hiss edilib və şəhərin böyük hissəsində işıqların keçməsinə səbəb olub.

Rahimi deyib ki, digər iki hücumçu mehmanxanaya daxil olmaq istəyib. Lakin polis hücumçulara atəş açaraq onları geriyə çəkilərək gizlənməyə məcbur edib.

Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Northgate mehmanxanasında amerikalılar da daxil olmaqla əsasən xarici kontraktorlar yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın şərqində əməliyyatları gücləndirir
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG