Accessibility links

Kadıköydə Boğaziçi etiraz aksiyaları qadağan edildi


Boğaziçi Universitetində kənardan rektor təyinatına qarşı başlayan etirazlar davam edir.

Dünən axşam universitetə girən polis tərəfindən nəzarətə alınanlar da daxil olmaqla, Boğaziçi Universitetinin İstanbul Təhlükəsizlik İdarəsinə aparılmış 159 tələbəsi sərbəst buraxılıb.

Ancaq qadağalar davam edir.

İstanbul Qubernatorluğunun dünən universitet qarşısındakı etiraz aksiyasını qanunsuz olduğunu bəyan etməsindən sonra Kadıköy meydanında bu gün keçirilməsi planlaşdırılan aksiya Kadıköy rayon rəhbərliyi tərəfindən qadağan edilib.

Rayon rəhbərliyi 7 gün ərzində bütün rayonda yürüş və nümayişlərin qadağan edildiyini açıqlayıb.

Polis Kadıköydə etiraz aksiyalarının keçirildiyi yerlərdə sədlər quraşdırmağa başlayıb. Ancaq Boğaziçi Həmrəyliyi nümayiş çağırışını davam etdirir.

Digər universitetlərdən olan professorlar Boğaziçi Universitetinə dəstəklə bağlı bəyanatlar verərkən, bəzi şəhərlərdə də dəstək aksiyaları təşkil edilir.

Ankarada polis Kızılay meydanında etirazlara müdaxilə edib və təxminən 60 nəfər saxlanılıb.

Günlərdir Boğaziçi Universitetinin cənub kampusunda yerləşən rektorluq binasına arxasını çevirərək, rektor təyinatına etiraz edən müəllimlər dünən tutulan 159 tələbəyə işarə olaraq üzərində #159 yazılan plakatlarla rektorluq binası tərəfə yürüş edib.

Boğaziçi Universitetindəki prosesə yetərincə qarışmadığı üçün tənqid olunan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu rektor Melih Buludan vəzifəsindən ayrılmasını istəyib.

Şərhlərə bax

XS
SM
MD
LG