Accessibility links

Kadırov qızını "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" medalı ilə təltif etdi


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qızı Ayşatı "Çeçenistan Respublikası qarşısındakı xidmətlərinə görə" medalı ilə təltif edib.

Firdaws moda evinin 21 yaşlı rəhbəri olan Ayşat Kadırovaya "Çeçenistan Respublikasının mədəniyyəti və sənətinin inkişafında göstərdiyi qüsursuz xidmət verdiyi və töhfələrə görə" medalını Çeçenistan administrasiyasının rəhbəri İbrahim Zakriyev təqdim edib.

Bu ilin fevral ayında Çeçenistan brendinin Parisdə Rusiya Mövsümləri Festivalı çərçivəsində qapalı şousu keçirilib. Eyni zamanda Fransada Paris Moda həftəsi keçirilsə də, Firdaws brendinin nümayişi proqrama daxil edilməmişdi.

Çeçenistan Respublikanın mətbuat xidmətindən bildirilib ki, "moda dünyasının biliciləri yeni kolleksiyanı tərifləyib" və bəzi nümunələr "tanınmış bəzi jurnalların səhifələrində yerləşdirilib".

"Ayşat Kadırovanın rəhbərliyi ilə Firdaws moda evi bu gün adət və ənənələrimizi dünyada tanıdır. Çeçen qadının misilsiz imicini - təvazökar, lakin qürurlu və sirli olduğunu göstərir. Bu, bənzərsiz bir işdir, böyük bir yaradıcılıqdır. Məhz sizin sayənizdə, sizin dəb sahəsindəki unikal töhfələrinizə görə bu gün bütün dünya Çeçenistana heyrandır" - deyə, Zakriyev mükafatlandırma mərasimində Ramzan Kadırovun adından müraicəti oxuyub.

Kadırov təltif haqqında sərəncamı şəxsən imzalayıb.

Çeçenistan rəhbərinin həyat yoldaşı Medni Kadırova Firdaws moda evini 2009-cu ildə yaradıb, bir neçə il sonra rəhbərlik qızı Ayşat Kadırovaya keçib. 2018-ci ildə şirkət 1500 rubl (təxminən 21 ABŞ dolları) gəlir əldə etdiyini bildirmişdi. Moda evinin saytında bəzi donların qiyməti 160 min rubla (təxminən 2200 ABŞ dolları) çatır.

XS
SM
MD
LG