Accessibility links

Kadırovun igamətgahına xidmət üçün büdcədən 51 milyon rubl ayrılıb


Çeçenistan höküməti 2019-cu ildə respublika büdcəsindən Ramzan Kadırovun Qroznidakı igamətgahına qulluq üçün 51,2 milyon rubl ($764 min) ayıracaq.

Bu, Tender dövlət satın-alma saytında dərc olunub.

İşlərin təsvirinə əsasən, icraçı binalarda və ərazidə təmizlik işləri aparmalı, məişət tullantılarını çıxarmalı, binanın fasadını yumalıdır. Xidmət 18 yaşdan kiçik olmayan və 40 yaşdan yuxarı olmayan işçilər tərəfindən aparılmalıdır.

İgamətgah 2012-ci ildə tikilib.

“Novaya qazeta”nın yazdığına görə, onun sahəsi 64 min kv. metrdir, dəyəri isə 10 milyard rubldır.

XS
SM
MD
LG