Accessibility links

Recharj - Vaşinqtonda yuxu kafesi [Video]


Recharj - Vaşinqtonda yuxu kafesi
please wait

No media source currently available

0:00 0:02:53 0:00

İT - İnformasiya Texnologoyaları üzrə məsləhətçi işləyən Daniel Turissini iş gününün ortasında özünü yorğun hiss edirdi. O, ətrafındakı işçiərdən yorularkən necə dincəldiklərini soruşurdu. Bəzilərinin avtomobillərində, digərlərinin yaxınlıqdakı mehmanxanaların lobbisində və ya qarajında dincəldikləri cavabı onu narahat edirdi. Daniel Turissini ağır işi olan insanların arada vaxt ayırıb, sakit bir yerdə yatıb dincəlməli olduqlarını düşünürdü. Və o, belə bir yer açmaq qərarına gəlir və adını “Recharj” qoyur.

Paytaxt Vaşinqton hökumət qurumları, maliyyə institutları, şirkətlər və korparasiyaların yerləşdiyi şəhərdir. Bu, insanların saatlarla işlədiyi məşğul şəhərin mərkəzində bir neçə ay əvvəl “Reçarj” adlı yeni bir yer açılıb. İnsanlar şəhərin müxtəlif hissələrindən buraya istirahət üçün gəlir.

Buradakı hər kiçik otaqda insanların rahat yatmaları üçün yataq, göz maskası, xəfif musiqi və lavanda ətri var.

20 dəqiqə mütgülədikdən sonra onlar yenidən işə dincəlmiş halda qayıdırlar. “Mənim özüm də daxil olmaqla, vaşinqtonlular bunu gözəl qəbul etdilər” deyə, Daniel Turissini bildirir.

Bu kafenin təməlini qoyan Daniel Turissini deyir ki, “Recharj” bizim sürətli həyat tərzimizi yavaşlatmağa imkan verir. “Biz bu gün əvvəllər olmayan şeylərlə üzləşirik. Məsələn, gecə-gündüz yanınızda olan smartfonlar ki, sizi yatanda və ya tətildə olan zaman belə rahat buraxmır. Bizdən əvvəlki nəsildə bunlar yox idi. Bu gün biz başqa şeylərlə üzləşirik, həyat tərzimiz, vərdişlərimiz başqadır və qarşılaşdığımız digər çətinliklər var.”

Müştərilərin fiziki və zehni vəziyyətlərini yaxşılaşdırmaq üçün “Rechanj” müxtəlif meditasiya kursları təklif edir. “Rechanj”da müəllim işləyən Peyc Layçens: “Sakit və rahat səslər insanlara fikirlərini dağıdıb, dincəlmələrinə imkan verir. Bu səslər, xüsusilə də vibrasiyalar insan vücudundakı müxtəlif sahələrə təsir edir və onlar rahatlaşaraq, yuxuya gedirlər.”

Məsləhətçi Konnor Qarriti: “Elə gün yenicə başlayıb. Ay Allah, mən necə dincələ bilərəm, deyə düşünürəm. Mən buraya günorta və işdən sonra gəlirəm. Bu bizə yardım edir, çünki bu bizə enerji verir.”

“Rechanj”ın müştərisi Mari Aponte: “Mənim problemim, gərginliyim adətən çənə hissəmdədir. Bu mənə çiyinlərimə problem yaradan çənə nayihəmi rahatlatmağa yardım edir.”

Sağlam alışqanlıqların təbliği davam etdikcə, günorta istirahətinin artacağı gözlənilir. Daniel Turissini isə bu ideyanın pioneri olduğu üçün qürur duyur.

XS
SM
MD
LG