Accessibility links

ABŞ-ın Filadelfiya limanında yan alan gəmidə 16 tondan çox kokain aşkar edilib


Federal hakimiyyət orqanları çərşənbə axşamı ABŞ tarixində ən böyük həcmdə narkotik maddə ələ keçirildiyini bildirib. Belə ki, agentlər Filadelfiya limanına yan almış bir gəmidə 16 tondan çox kokain aşkar edib.

Agentlər Filadelfiyanın Paker dəniz terminalındakı gəmidən müsadirə edilən narkotik maddənin bir milyard dollar dəyəində olduğunu bildirib.

Birləşmiş Ştatlar prokuroru Villiam Maksvan şərhində deyib ki, bu həcmdə narkotik maddə milyonlarla insanı öldürə bilərdi.

Narkotik maddə Liberiya bayrağı altındakı MSC Gayane yük gəmisində yeddi konteynerdə gizlədilmişdi. Gəminin federal ittihamlarla üzləşəcək bir neçə ekipaj üzvü həbs edilib.

Çili, Panama və Bahama adalarında dayandıqdan sonra gəmi Fuladelfiya limanına çərşənbə axşamı səhər saatlarında yan alıb. Gəmidəki yük Avropa üçün nəzərdə tutulmuşdu.

Agentlər detallar barədə məlumat açıqlamasalar da, “The Philadelphia Inquirer” qəzeti sahil mühafizəçilərinin kokainin bir hissəsinin gəmi kapitanının ikinci köməkçisinin əlində aşkar edildiyini yazıb. Məlumatda kapitan köməkçisinin müstəntiqlərə qaçaqmalçılara narkotik maddələrin keçirilməsinə yardım etməsi üçün ona 50 min dollar verildiyini deyib.

Mart ayında da Filadelfiya limanında 38 milyon dollar məşləğındə 538 kq. kokain müsadirə edilmişdi.

XS
SM
MD
LG