Accessibility links

Los Ancelesdə xilasedicilər axtarışları davam etdirir


Los Ancelesdə xilasedicilər daşqın və palçıq sürüşməsi təxminən 13 nəfərin ölümünə səbəb olduqdan bir gün sonra binalarda çıxılmaz vəziyyətdə qalan insanların axtarışını davam etdirir.

Dağlardan ağır palçıq axını ağaclar və əkin sahələrini məhv edib.

Vertolyotlar və itlərin köməyi ilə xilasedicilər evlərindən çıxa bilməyən və palçıqda batan insanları xilas edib.

Rəsmilər onlarla insanın yoxa çıxması səbəbindən ölüm hallarının sayının arta biləcəyindən ehtiyat edir.

Montesito və Santa Barbara rayonlarında bəzi küçələr palçıq axıntılar və dağıntılara məruz qalıb.

“Bizim qarajımız palçığın altında qalıb. Bu, dəhşətlidir” - deyə, sakin Ceyms Klaffi bildirib.

Bəzi ərazilərə 13 santimetr yağış yağıb. Lakin sinoptiklər Kaliforniya ştatının cənubunda həftənin qalan hissəsinin quru və isti keçəcəyini proqnozlaşdırıb.

Dekabr ayında Los Ancelesin şimalında normalda şiddətli yağışların yağdığı təpəliklərdə hektarlarla ərazi meşə yanğınlarına məruz qalıb.

XS
SM
MD
LG