Accessibility links

Kaliforniyada meşə yanğınları daha çox əraziyə yayılıb


Çərşənbə günü Kaliforniya ştatının tarixində ən dəhşətli meşə yanğınlarından biri 1000-dən çox evi viran qoyub, 200-ə yaxın evi isə zədələyib.

Yanğınsöndürənlər ştatın şimal hissəsindəki Reddinq şəhəri yaxınlığında hələ də yanğınla mübarizə aparır. Qubernator Cerri Braun yanğını söndürmək üçün bütün resurslardan istifadə edəcəyini vəd edib.

Yüksək temperatur və quraqlıqlar barədə hava proqnozları yanğınla mübarizəni çətinləşdirir.

Lakin yanğınsöndürənlər altı nəfərin həyatına son qoyan ölümçül yanğınların 35 faizinə nəzarəti ələ ala bilib.

Cümə axşamı cənubda başlayan yeni meşə yanğınları isə Milli Mendosino Meşəsi yaxınlığında yerləşən Kovelo şəhəri üçün təhlükə yaradır.

Milli parkın işçiləri Yosemit vadisi və digər ərazilərin Ferquson yanğınlarından yaranan tüstüyə görə ən azı bazar gününə qədər bağlı olacağını bildirib.

Bu ərazi səkkiz gün əvvəl bağlanıb.

XS
SM
MD
LG