Accessibility links

Kaliforniya ştatında meşə yanğınları davam edir


Rəsmilər Kaliforniyanın şimalındakı Napa vadisinin şərabçılıq mərkəzində külək səbəbindən yayılan meşə yanğınının 809 hektar ərazini əhatə etdiyini, yüzlərlə evin və xəstəxananın evakuyasiyasına səbəb olduğunu bildirib.

Yanğınsöndürənlər San Fransiskodan təxminən 120 kilometr şimalda, məşhur şərabçılıq vadisi və ətraf bölgələri təhdid edən alovla mübarizəyə qalxıb.

"Şüşə alovu" adlandırılan yanğın sübh tezdən Kalistoqa yaxınlığında başlayıb və qonşu Dir Park və Seint Luis qəsəbələrinə doğru istiqamət götürərək, Sant Helena xəstəxanasının yaxınlığına çatıb.

Xəstəxananın sözçüsü Linda Villiamsın Reuters xəbər agentliyinə verdiyi məlumata görə, orada olan 55 xəstənin hamısı səhər saat 7-dən etibarən beş saat ərzində təcili yardım maşınları və vertolyotlarla təhlükəsiz şəkildə evakuasiya edilib.

Ştatın Meşə Təsərrüfatı və Yanğından Mühafizə İdarəsinin (CalFire) sözçüsü Tayri Zander bazar günü rəsmilərin təxminən 600 evin boşaldılması barədə göstəriş verdiyini və 1400-dən çox sakinin evlərini tərk etməyə hazır olduğunu deyib. O bunun ən azı 5000 insanı əhatə etdiyini əlavə edib

Sözçünün bildirdiyinə görə, saatda 80 kilometr sürətlə əsən küləklər alovların güclənməsinə səbəb olaraq, təxminən 728 hektar sahədə çəmənlər, yamaclar və palıd meşələrini yandırıb.

Şərhlərə bax

XS
SM
MD
LG