Accessibility links

Kaliforniyada insanlara 16 dəfə atəş açan şəxs nəzarət altına alınıb


ABŞ-ın Kaliforniya ştat polisinin bildirdiyinə görə, Fresno şəhərində 3 nəfəri güllələyən şəxs bacardığı qədər daha çox insanı öldürmək istəyib.

Bir neçə dəqiqə ərzində 16 dəfə atəş açan Kori Əli Məhəmməd adlı həmin şəxs nəzarət altına alınıb. Nəticədə 34, 37 və 59 yaşlı 3 nəfər həyatını itirib.

Mən etdim. Onları mən öldürdüm

"Mən etdim. Onları mən öldürdüm"- Fresno polis rəisi Cerri Dayer onun etiraf etdiyini deyib.

Öldürülənlərin 3-ü də ağdərili olub.

Məhəmmədin atası Vinsent Teylor Los Angeles Times qəzetinə bildirib ki, oğlu qaradərili olduğu üçün ağlarla qaralar arasındakı mübarizəyə görə qətlə əl atıb.

Polis rəisi Cerri Dayer
Polis rəisi Cerri Dayer

Məhəmməd atəş açarkən və ələ keçirildikdə "Allahu Akbar"- deyə bağırıb. Polis hücumun terrorizmlə əlaqəsi olmadığını bildirib.

Məhəmməd qəsdən adam öldürmə ittihamının 4 maddəsi üzrə günahkar sayılır. O, ötən həftə mehmanxana mühafizəçisinin qətlində də bir nömrəli şübhəli hesab edilir.

XS
SM
MD
LG