Accessibility links

Kaliforniya heyvan dərisindən malların istehsalı və satışını qadağan edən ilk ştat oldu


ABŞ-ın Kaliforniya ştatı heyvan dərisindən malların istehsalı və satışını qadağan edən ilk ştat oldu.

Ştat qurbernatoru Qeyvin Nyusom qərarı imzalayaraq, hətta ianə edilmiş xəz dərili təzə malların istifadəsini yasaqlayıb. Qanun 2023-cü ildə qüvvəyə minəcək.

Qanun köhnə mallar, lisenziyası olan ovçuların əldə etdiyi məhsullar və Amerikanın qədim qəbilələrinin istifadə etdiyi xəzlərə şamil edilmir.

Qanunu pozanlar 500 dollar, ikinci dəfə isə 1000 dollar cərimə ediləcək.

ABŞ-ın İnformasiya Şurası qərarı tənqid edərək, bunu radikal veqan siyasəti adlandıraraq, qərarın məhkəməyə veriləcəyini bildirib.

Heyvan dərilərinin istifadəsindən əlavə, sirklərdə atlar və itlərdən başqa heyvanların çıxışları da qadağan edilib.

XS
SM
MD
LG