Accessibility links

Hollivudun "Fifi and Romeo" mağazası [Video]


Hollivudun "Fifi and Romeo" mağazası
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Amerikanın moda sənayesində yüksək moda tutmuş idman həvəskarları və ev heyvanları sahiblərini maraqlandıran hər şey var. Ev heyvanları və onların maraqlarını təmin edən heyvan butikləri arasında ən populyarı Ukraynalı mühacir Yana Surkinin Hollivud heyvanları üçün iyirmi ildir fəaliyyət göstərən “Fifi və Romeo” butikidir.

Əgər insanlar “Dolce and Gabbana”, “Gucci” və “Chanel” kimi dizayner işləri isə maraqlanırsa, buranın sahibi bu heyvan mağazasının da heç geri qalmadığını deyir.

Los-Ancelesdəki “Fifi & Romeo” mağazasına xoş gəlmisiniz! Burada ev heyvanları üçün kəşmir sviterlər, kətan köynəklər, ködəkçələr və qonaqlığa geyinmək üçün libaslar seçmək olar. Mağazanın sahibi Yana Surkin deyir ki, buradakı mallar keyfiyyətli materiallardan hazırlanıb və malların çoxu əl işidir. “Sizin gördükləriniz Hollivud mallarıdır. Mən Hollivudda olduğum üçün Hollivudda yaşayanlarla çalışıram. Yəni buradakı insanları və onların itlərini geyindirirəm.”

Yana Surkin Birləşmiş Ştatlara Ukraynadan gəlib. O, Los-Ancelesdə 1990-cı illərdən məskunlaşıb və işinə dizayner kimi başlayıb. Onun işləri çeşidli olmaqla yanaşı, həm də rəngarəngdir. Onun işlərini blak-batser “Stargate” filmində də yer alır. Lakin ona əsl ilham ev hneyvanları paltarları mağazasının sahibi olduqdan sonra gəlib. “Mənim 29 yaşım olanda ad günümə mənə Çihuahua cinsindən olan Yoda adlı it bağışladılar. O, evdə qalırdı, mən isə 14-16 saat işləyirdim. O, uzun müddət mənzildə necə qala bilərdi? Mən nə edəcəyimi bilmirdim. Ona görə də mən onu çantama qoyub işə apardım.”

Lakin Hollivudun soyuq studiyaları və güclü kondinsionerləri balaca Yodaya pis təsir edirdi. Uyğun bir sviter tapmadığına görə Yana öz köhnə sviterini Yoda üçün düzəldir. Bundan sonra digər it sahibləri də ondan itləri üçün geyim tikməsini istəyir. Beləliklə Yananın hobbisi onun biznesinə çevrilir.

Mağazada işin yaxşı getməsinə baxmayaraq, Yana kostyum dizayneri işindən də əl çəkmirdi. Lakin bir gün hər şey öz yerinə oturur.

“Legally Blonde” filmində işləyərkən Yana Surkindən Bruser Vuds üçün paltar dizayn etmək xahiş edilir. “Filmin rejissoru bu ideyanı çox bəyənmişdi və bu film elə bil ki, mənim reklamım oldu. Mən filmdəki bütün heyvanların paltarlarını tikdim. Mən çox məşğul idim və işimdən çıxmalı oldum.”

Bu, bir dəb halını alır və Yana heyvansevənlər arasında getdikcə məşhurlaşır. Bu gün onun mağazasında heyvan paltarlarında savayı dördayaqlılar üçün ədyallar, xüsusi yataqlar və qablar da var. Surkin deyir ki, insanlar dəbdə rahatlıq tapırlarsa, heyvanlar niyə tapmasın?

XS
SM
MD
LG