Accessibility links

Kaliforniya meşə yanğınında 5 nəfər itkin düşüb


ABŞ rəsmiləri şənbə günü Kaliforniyanın şimalında iki şəhəri közə bürüyən böyük bir meşə yanğını nəticəsində itkin düşən beş nəfəri axtardıqlarını bildirib.

ABŞ-ın ən böyük aktiv meşə yanğını olan Diksi yanğını bu yaxınlarda Kaliforniya tarixinin üçüncü ən böyük yanğınına çevrilib.

Şənbə günü etibarilə, yanğın dörd dairədəki 180.782 hektar ərazini zülmətə bürüyüb və bununla Oreqonun cənubundakı “Bootleg” yanğınını keçib. CalFire veb saytının verdiyi məlumata görə, hazırda Diksi yanğınının 21%-nin qarşısı alınıb.

Yanğın genişlənməyə davam edərkən, rəsmilər şənbə günü sərin və sakit havanın yanğınsöndürənlərə çox lazımlı bir fasilə verdiyini söyləyib. Bu şəraitin bazar gününün sonuna qədər davam edəcəyi gözlənilir.

Yanğınsöndürmə bölmələrinin rəisi Ceyk Kagl şənbə günü keçirdiyi brifinqdə "Yanğının dünənki kimi olacağını gözləyirik", deyib.

Daha öncə yanğın kiçik Kanyondam şəhərini bürüyüb və Qrinvil şəhərini xarabalığa çevirib.

Plumas dairəsinin şerif ofisinin məlumatına görə, Qrinvilldə itkin düşmüş hesab edilən 5 nəfər haqda məlumat toplanıb və axtarışa başlanılıb. Şənbə günü itkin düşmüş daha 5 nəfərin tapıldığı təsdiqlənib.

Los Angeles Times qəzetinin şənbə günü verdiyi xəbərə görə, rəsmilər minlərlə yerli əhalini təxliyə etməyə çağırdıqca, bəzi silahlı sakinlər getməkdən boyun qaçırırlar.

Hazırda fəzadan asanlıqla görünən nəhəng tüstü buludlarını havaya göndərən Diksi yanğını ilə 5000 -dən çox işçi mübarizə aparır.

İyul ayının sonuna qədər Kaliforniyada yandan əkin sahələrinin sayı 2020 -ci ilə nisbətən 250% -dən daha çox olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG