Accessibility links

Kaliforniya qubernatoru meşə yanğınlarını söndürmək üçün xarici ölkələri yardıma çağırıb


ABŞ-ın qərbində yerləşən Kaliforniya ştatında ən böyük meşə yanğınları şənbə günü də davam edib. Ştatın qubernatoru Qavin Nyusom isə yanğını cilovlamaq üçün xarici ölkələri yardıma çağırıb.

Nyusom cümə günü Kanada və Avstraliyadan resurs və dəstək istəyib. Nyusom Avstraliyanın “dünyanın ən yaxşı meşə yanğınsöndürənlərinin” vətəni olduğunu deyib. Hazırda Kaliforniyada davam edən 560 yanğınla Kaliforniya və ABŞ-ın 10 digər ştatından 12 min yanğınsöndürən mübarizə aparır.

Nyusom deyib ki, yanğınlar şimali Kaliforniyaya “qeyri-mütənasib təsir göstərib.” Orada on minlərlə insan evlərindən qaçmağa məcbur olub, yüzlərlə ev və başqa binalar dağılıb.

“Biz sadəcə olaraq uzun, uzun ilərdir buna bənzər heç nə görməmişik,” Nyusom deyib.

Həftəsonu Kaliforniyadakı hava şəraiti azı beş nəfərin ölümü, yanğınsöndürənlər də daxil olmaqla 43 nəfərin xəsarət alması və 2020 kvadrat kilometlrik bir ərazinin yanması ilə nəticələnən alovları daha da şiddətləndirə bilər.

Hazırda Kaliforniyada 560-a yaxın yanğın baş verir. Onların çoxu kiçik miqyaslıdır və ucqar ərazilərdədir. Ən böyük ziyana San-Fransisko Körfəz Bölgəsindəki meşəlik və kənd ərazilərində və yaxınlıqdakı üzüm sahəsini əhatə edən üç yanğın səbəb olub.

Yanğın minlərlə il yaşı olan ağacları təhlükəyə atır. Big Basin Redwoods Milli Parkındakı binalara artıq ziyan dəyib.

Digər yanğın isə San Mateo və Santa Kruz mahallarının bəzi hissələrində baş verib.

Azı 100 min insanın evakuasiya olunmasına dair göstərişin verilməsinə səbəb olan yanğınlara bu həftənin əvvəlində ildırım səbəb olub.

ABŞ prezidenti Donald Tramp yanğınlara görə Kaliforniyanı günahlandırıb və ştat rəsmilərinin onun yanğınların qarşısını almaq məsləhətinə əməl etmədiklərinə heyrətlənib.

XS
SM
MD
LG