Accessibility links

Kaliforniya sahillərində dalğıc gəmisində yanğın nəticəsində 25 nəfər həyatını itirib


Birləşmiş Ştatlarn Sahil Mühafizəsi idarəsinin bildirdiyinə görə, Cənubi Kaliforniya sahillərində bir dalğıc gəmisində baş verən yanğın zamanı azı 25 nəfər ölüb, 9 nəfər itkin düşüb.

Rəsmilər itkin düşənlərin bazar ertəsi səhər saatlarında başlayan yanğın zamanı gəminin göyərtəsində yatdıqlarını bildirib. “Axtarışları bütün gecə və səhər davam etdirəcəyik, lakin biz ən pis xəbərə hazır olmalıyıq” deyə, Birləşmiş Ştatların Sahil Mühafizəsi idarəsinin kapitanı Monika Roçester bildirib.

Rəsmilər Santa Barbara sahillərindəki Santa Kruz adası yaxınlığında lövbər salan 20 metrlik dalğıc gəmisində yanğın başlayandan sonra gəminin 6 nəfərlik ekipajının 5 üzvünün xilas edildiyini bildirib.

Ekipaj üzvlərindən ikisinin yüngül xəsarət aldığı haqda məlumat verilib.

Rəsmilərin bildirdiyinə görə, gəmidə 33 sərnişin və altı ekipaj üzvü olub.

Gəmi “Əmək Günü” münasibətilə Cənubi Kaliforniya sahillərindən Kanal adalarına həftə sonu kruizinə çıxmışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG