Accessibility links

Kaliforniya sakinləri yanğınla mübarizəni davam etdirir


Evlərini yanğından qorumağa çalışan Kaliforniya sakinləri toksik dumandan da xilas olmağa cəhd edir.

Bir çoxları təngənəfəslik, öksürək və gözlərin yanması kimi hallar yaşayır.

Həkimlər insanlara yanğınlardan uzaq olsalar belə maska taxmağı məsləhət görür. Kaliforniyanın cənub bölgəsində yanğınlar 85 kvadrat metrlik ərazini bürüyüb.

Havadan evlər üzərinə yanğından qoruma maddələri səpilib. 20 mindən çox sakin evakuasiya edilib.

51 yaşlı şəxs qəsdən yanğın törətməkdə ittiham edilsə də, həbsə cəlb edilməyib.

Kaliforniyanın şimal bölgəsi isə ştat tarixində ən böyük yanğınla üzləşib. 1500 ev təhlükə altındadır.

Yanğınların yayılması halı davam edir. İndiyədək yanğınsöndürmə büdcəsindən 442 milyon dollar sərf edilib.

XS
SM
MD
LG