Accessibility links

Kaliforniyada bir gündə iki silahlı hücum olub, ölənlər var


Polisin birldirdiyinə görə, naməlum silahlı şəxslər Kaliforniyanın mərkəzi bölgəsində insanların bir araya gəldiyi həyətə girərək, 4 nəfəri öldürrüb, 6 nəfəri yaralayıb.

Fresno polis leytenantı Bill Duley hücumun axşam saat 6-da şəhərin cənub-şərq hissəsində insanlar futbol matçına tamaşa etmək üçün bir yerə toplaşdığı vaxr həyata keçirildiyini bildirib.

Bölgə polis idarəsi rəisinin müavini Maykl Rid “Fresno Bee” və “KSEE/KGPE” televiziya kanallarına verdiyi şərhində ümumilikdə 10 nəfərin güllələndiyini və onlardan üçünün yerindəcə, birinin isə xəstəxanada öldüyünü deyib.

Ridin sözlərinə görə, 25-lə 35 yaşlar arasındakı qurbanların hamısı asiyalı olub.

Televiziyanın yayımladığı məlumatlarda yaralıların Regional Tibb Mərkəzinə aparıldığını, bəzilərinin ağır vəziyyətdə olduğunu bildirilib.

Bu, Fresnoda bazar günü ölümlə nəticələnən ikinci silahlı hücum idi. 20 yaşlarındakı bir oğlan bazar ertəsi şəhərin başqa hissəsindəki bir evdə öldürülüb. Polis baş verənlərin əlaqəli olub olmadığı barədə heç nə deməyib.

XS
SM
MD
LG