Accessibility links

Bizneslərin təbii xəz dəri satışı qadağasına münasibəti


Bizneslərin təbii xəz dəri satışına qadağaya münasibəti
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Oktyabr ayında Kaliforniya ABŞ-ın heyvan xəz dərilərinin satışını qadağan edən ilk ştatı oldu. Ştatın qubernatoru xəz dərilərdən hazırlanan geyim və aksesuarların satışını, eləcə də sirklərdə vəhşi heyvanların iştirakını qadağan edən bir sıra qanun imzaladı. Bu qərar heyvansevərləri sevindirsə də, xəz dəri kürklər satan mağazalara mənfi təsir göstərir.

Avner Hayatın atası Birləşmiş Ştatlara mühacirət etməzdən əvvəl özünün ilk xəz dəsiləri mağazasını Rusiyada açıb. Avner Hayat deyir ki, o zamanlar xəz dərilər çox baha olduğu üçün onları yalnız imkanlı adamlar alırdı.

Bu gün də xəz dəri alanların sayı o qədər də çox deyil, lakin başqa səbəbdən. “Mənim müştərilərim son zamanlar çox çaşqın vəziyyətdədirlər. Onlar xəz dəridən olan paltarlarını geyinə biləcəklərinə əmin deyillər. Onların üzərlərinə kimsə, nəsə ata bilər” - deyə, Avner Hayat bildirir.

Çaşqınlığın səbəbi Kaliforniya qubernatoru Gevin Nyusomun bəzi qadağalardan əlavə, xəz dəridən hazırlanan təzə kürklər və aksesuarların satışını qadağan edən qanunu imzalamasıdır. Heyvanlara qarşı qəddarlıq millət vəkillərini yeni qanunla irəliləməyə vadar etdi.

Avner Hayat deyir ki, heyvanların dərilərinə görə öldürülməsini qadağan etmək xəz dəri biznesini öldürmək deməkdir. Bu da öz növbəsində bir çox insanı işsiz qoymaqdır. "Seçim azadlığı! Sabah kimsə gələcək və hamburger yeyə bilməyəcəyinizi deyəcək. Mən McDonalds və Burger King-in sahiblərinin buna reaksiyasını görmək istəyirəm. Çünki heyvanları xəzlərdən yemək üçün milyon dəfə çox öldürürlər. "

Los-Angelesdəki `Xəz Dəri Şou` salonunun sahibi Yelena Marakova-Əli artıq mübarizəni uduzduğuna inanır. Buna görə də o, İtaliyadan süni xəzdən hazırlanmış palto və gödəkçələr gətirməyə qərar verib. Yelena iqlimin mülayim və isti olduğu yerdə xəz kürk geyinməyin mənasız olduğunu düşünür. "İtaliyadan bir neçə təbii xəz dəri kürk gətirdik, amma təəccüblü burasıdır ki, heç kim maraqlanmır."

Qanun 2023-cü ildə qüvvəyə minəcək və çox guman ki, Nyu-York ştatı da bunu edəcək. Təbii xəz sənayesi biznesində çalışanlar Kaliforniya rəsmilərini ayrıseçkilikdə ittiham edərək, məhkəməyə vermək istəyir.

XS
SM
MD
LG