Nəhəng bir yanğınsöndürmə qüvvəsi Taho gölünü Alp kurortunun cənubundakı Kaliforniya sakinlərinin təxliyə edilməsinə və Nevada ştatındakı sakinlərin təlxiyəyə hazırlaşmasına səbəb olan şiddətli bir meşə yanğınıdan qorumaq üçün bir araya gəlib.
Kaldor yanğınının sürətlə irəliləməsi səbəbindən adətən yay fəslində minlərlə turistlə dolu olan məşhur tətil yerinin küçələrini boş qoyub və bazar ertəsi kütləvi evakuasiya saatlarla davam edən tıxaclara səbəb olub.
"Yanğın düşündüyümdən də idarə olunmazdır" - deyə, evakuasiya olunan Qlen Naas bazar ertəsi gecəsi güclü küləyin yamaclardan aşağı sürüklənərək, iki böyük magistraldan keçib Tahoya yaxınlaşan yanğın haqda bildirib.
Yanğınsöndürənlərin çoxu bazar ertəsi qaranlıq düşəndə gəlib və onların böyük hissəsi Cənubi Taho Gölü rezortundan təxminən 16 kilometr məsafədə yerləşən Milad Vadisi bölgəsindəki evləri qorumaq üçün göndərilib.
Qalın tüstü keçən havadan edilən yanğınsöndürmə əməliyyatlarına mane olub. Yanğınsöndürmə idarəsinin sözçüsü Dominik Politonun dediyinə görə, o vaxtdan bəri yanğınların söndürülməsi üçün 23 vertolyot və üç hava tankeri ilə on minlərlə litr su və yanğınsöndürən maddədən istifadə edilib.
Milli Meteorologiya Xidməti güclü küləklər, aşağı rütubət, son dərəcə quru və isti hava şəraiti səbəbindən çərşənbə gününə qədər vəziyyətin kritik olacağı barədə xəbərdarlıq edib.