Accessibility links

Kaliforniya yanğını sentyabradək davam edə bilər


Kaliforniya rəsmiləri xəbərdarlıq edir ki, ştat tarixində ən böyük yanğını ən tez sentyabrda söndürə bilərlər. Bu yanğın artıq Los Anceles həcmində bir əraziyə yayılıb.

İki ayrı yanğından ibarət olan Mendosino Kompleksi yanğını şimali Mendosino və Leyk qraflıqlarında başlayaraq, 1217 kvadrat kilometrlik əraziyə yayılıb.

Yanğınsöndürənlər yanğının yarısının qarşısını almaqda müvəffəq olub. Onlar arasında xarici ölkələrdən gələn yanğınsöndürənlər də var.

“Bütün yanğınsöndürənlər əlbir işləyir. Yeni Zelandiyada Kraystçörç zəlzələsində, Kaikura zəlzələsində bizə amerikalılar yardım etmişdi. İndi isə biz onlara yardım edirik”- deyə, Yeni zelandiyalı yanğınsöndürən Kreq Kottrill bildirib.

Kaliforniyanın Meşəçilik və Yanğından Qorunma İdarəsi daha öncə yanğının avqustun 15-dək qarşısının alınacağını təxmin etsə də, indi yanğınsöndürmə işlərinin sentyabrın 1-dək davam edəcəyini bildirir.

Mendosino yanğını ştat boyu baş verən 18 yanğından biridir.

Kaliforniyanın cənubunda hüquq-mühafizə orqanları Los Ancelesin cənubundakı Klivlend Milli Meşəssində davam edən yanğını başlatmaqda şübhəli bilinən 51 yaşlı bir kişini həbs edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG