Accessibility links

Kaliforniyadakı yanğınlar azı 50 000 insanın evakuasiyasına səbəb olub


Kaliforniyanın şimal və cənub bölgələrindəki yanğınlar səbəbindən azı 50 min insan evakuasiya edilib.

“Pacific Gas and Electric” şirkəti yanğının yayılmaması üçün minlərlə evin elektrikini kəsməyə məcbur olub.

Rəsmilər Kaliforniyanın şimalındakı şərabçılıq regionunda hazırda yanğının əhatə etdiyi ərazinın 5 faizlə məhdudlaşdığı bildirib.

"Hal-hazırda yanğın 6 min hektardan çox ərazini əhatə edir. 49 tikili tamamilə məhv edilib. Zərərin qiymətləndirilməsi hələ davam edir. Bu, hazırkı məlumatdır. Hazırda yanğınla 1300-dən çox yanğınsöndürən mübarizə aparır. Sabah onların sayının 50 faiz artacağı gözlənilir” deyə, yanğınsöndürmə idarəsinin başçısı Mark Parkes bildirib.

Sonoma mahalının şerifi Mark İssik təhlükəyə baxmayaraq, bəzi sakinlərin evlərini tərk etməkdən imtina etdiyini deyib.

"Biz həqiqətən insanların xəbərdarlıqlarımıza qulaq asmalarını və həmin bölgələrdən evakuasiya olunmalarını istəyirik. Buna görə də dediyimiz kimi, külək güclənərsə və qəflətən fövqəladə vəziyyət yaranarsa, biz bunu son anda etmək məcburiyyətində qalmalıyıq. Bu səbəbdən də biz ərazini indidən təmizləməliyik.”

Yanğın çərşənbə günü gecə dünyanın ən böyük geotermal sahəsi olan Geysers yaxınlığında başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG