Accessibility links

Kaliforniyada küləyin sürətinin azalması ilə yanğınların qarşısı alınır


Kaliforniya rəsmilərinin bildirdiyinə görə, ştat boyu yanğınların sürətlə yayılmasına səbəb olan küləyin sürətinin azalması yanğınsöndürənlərə şimal və cənub bölgələrində yanğının qarşısını almaq imkanı yaradıb.

Kaliforniya Meşə və Yanğınlardan Mühafizə Departamentinə istinadən bildirilib ki, yanğının ən çox təsirinə məruz qoyduğu bölgə San-Fransisko yaxınlığındakı şimal şərabçılıq bölgəsi olub ki, orada yanğın 80 faiz ərazını əhatə edib.

“Cal Fire” oktyabrın 23-dən bəri Kincade adlandırılan yanğının Sonoma mahalında 32 min hektardan çox ərazini məhv etdiyini və 370-dən çox tikilini tamamilə sıradan çıxardığını bildirib.

Keçən cümə axşamı Los-Anceles yaxınlığında baş verən partlayışın qarşısı 70 faiz alınıb. Mariya adlanan yanğın Santa-Paulo yaxınlığında 3 min 800 hektar sahəni və 2 böyuk tikilini məhv edib.

Kaliforniyadakı yanğınlar səbəbindən təxminən 200 min insan məcburi evakuasiya edilib. Yanğınlara səbəb səhradan əsən isti və quru Santa Ana küləkləri olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG