Accessibility links

Kaliforniyada meşə yanğınları


ABŞ-ın qərb ştatı Kaliforniya rəsmilərinin dediyinə görə, şimal bölgəsində meşə yanğınları minlərlə insanı evlərini tərk etməyə məcbur edib.

Ştatın qubernatoru Cerri Braun yüzlərlə yanğınsöndürənin 3 min 300 hektar sahəni bürüyən yanğının qarşısını almağa çalışdığı Leyk mahalında fövqəladə vəziyyət elan edib.

Son illər yanğınlar regiona güzlü zərər vurub. Belə ki, 2015-ci ildə yanğınlar səbəbindən baş verən silsilə partlayışlar zamanı 4 nəfər ölmüş, 2 min bina sıradan çıxmışdı.

Kaliforniya rəsmiləri yanğınlara qeyri-adi isti hava şəraitinin, güclü küləklərın və quraqlığa görə bitki örtüklərinin qurumasının səbəb olduğunu deyirlər.

Bu regionda 2016-cı ildə olduğu kimi keçən il də yanğınlar baş verib, ştatın şimal böıgəsindəki şərabçılığa böyük zərər vurub.

XS
SM
MD
LG