Accessibility links

Kaliforniya yanğınları əhatə baxımından rekord həddə çatıb


Firefighters battle the North Complex Fire in Plumas National Forest, California, Sept. 14, 2020.
Firefighters battle the North Complex Fire in Plumas National Forest, California, Sept. 14, 2020.

Kaliforniyanın ölümcül yanğınları 1.6 milyon hektarlıq ərazini bürüyüb. Bu il yanğınlar əvvəlki illərə görə iki dəfə güclüdür.

Kaliforniyanın yanğınsöndürmə rəsmiləri bazar günü artıq iki ay davam edəcək mübarizədə gözlənilməz halın müşahidə edildiyini deyib.

İlkin göstəricilər iki il əvvəl müəyyən edilib - yanğınların 648 000 hektarlıq ərazini məhv etdiyi vaxt.

"4 milyon ağlasığmaz bir şeydir. Bu, ağıllları çaşdırır, nəfəsi dayandırır," - deyə, Kaliforniyanın Cal Fire kimi tanınan Meşə və Yan\ınlardan Müdafizə Departamentinin sözçüsü Skott Makleyn bildirib.

Cal Fire-ın bildirdiyinə görə, ilin əvvəlindən bəri 8 200 yanğın baş verib ki, nəticədə 4 milyon akrlıq sahə məhv olub.

Alov Konnektikut ştatından da böyük bir ərazini sıradan çıxarıb.

Bütün bu bədbin notlar fonunda nikbinlik əlamətləri də nəzərə çarpır.

Güclü küləklərin yanğınları daha böyük əraziyə yayacına dair təminlərə baxmayaraq, bu, baş verməyib. Şənbə günü səhər saatlarında isti, quru və küləkli hava şəraitinin dəyişməsi buna mane olub.

Bəzi bölgələrdəki açıq səma hava tankerlərindən istifadəyə yardım edib.

"Вəzi bölgələrdə daha artıq təyyarələri işə sala bildik. Beləliklə yanğınlara güclü zərbə endirdik" - deyə, Makleyn bildirib.

Əsəs zərər avqust ayının ortalarında qeydə alınıb. Həmin vaxt ştat tarixində 6 yanğından 5-i ciddi nəticələr vermişdi.

İldırım zərbələri yanğınları misilsiz həddə çatdırmışdı. Meşə yanğınları yüzlərlə evi yandırmış, 31 nəfər həyatını itirmişdi. Lakin onların bəziləri insanların yaşamadığı bölgələrdə uzun müddət davam etdmişdi.

Ən dağıdıcı yanğınlar qurumuş ağacların yanacaq olması ilə Kaliforniyanın şimalında müşahidə edilib.

Sıx və böz tüstü dağlıq yaşayış bölgələri və San Fransisko kimi böyük şəhərlərdə havanın çirklənməsinə səbəb olub.

Bir sıra araşdırmanın nəticələri yanğınlara iqlim dəyişikliyinin səbəb olduğunu göstərib.

Alimlərin dediyinə görə, yanacaq, neft və qazın yol açdığı iqlim dəyişikliyi Kaliforniyanın iqlimini qurudub.

Santa Roza bölgəsinin bir hissəi də daxil olmaqla, 3 yanğın yüksək temperatur və küləklərin yardımı ilə birləşərək, üzümüüklər və meşə massivlərini alova bürüyüb.

Minlərlə insana evakuasiya göstərişi verilib.

XS
SM
MD
LG