Accessibility links

Kaliforniyanı yanğınlar bürüyüb


Kaliforniyada elektrik kəsilmələrinin növbəti raundundan xilas ola bilsə də, havanın istiliyi yanğınlar və bəzi cənub bölgələrdə ildırımlarla müşayiət edilib.

Son günlərdə şimşək çaxması nəticəsində 30-a yaxın yanğın qeydə alınıb. Minlərlə insana təxliyə əmri verilib və ya xəbərdarlıq yayılıb.

Yanğınlar San-Fransisko yaxınlığındakı kənd və meşə sahələri, Sonoma şərabçılıq bölgəsini, Monterey mahalının Salinas şəhəri yaxınlığını, Sakramentonun şimalındakı Oroville Anbarı ətrafını, uzaq Mendocino dairəsi və Tahoe gölünün şimalındakı Nevada ştat xəttinə yaxın əraziləri bürüyüb. Bir neçə yanğın şimal sahil bölgələrində və Kaliforniyadanın cənubunda qeydə alınıb.

Big Basin Redwoods ətrafındakı məhəllələr, Kaliforniyanın ən qədim parkı və ətraf ərazilər də daxil olmaqla, bütün bölgəyə evakuasiya göstərişi verilib.

5000-ə yaxın insan Santa Kruz dağlarının Boulder Creek yüksəkliyində yaşayır.

Fırtınalar və ya yanğınlar zamanı küləkli, uzun, meşəli, bəziləri asfaltlanmış, bəziləri palçıq olan yollar asanlıqla bağlana bilər. Göstərişdə konkret hansı məhəllələrin təhlükəsiz yolla evlərini tərk edə biləcəyi göstərilir.

Ştat qubernatoru Qavin Nyusomun fövqəladə vizyyət elan etməsi federal qrant və ştat xaricindən yardımlar alınmasını asanlaşdırıb.

Ştatın yanğınsöndürmə idarəsinin sözçüsü Uill Pauversin dediyinə görə, yanğınlar səbəbi ilə "bu anda Kaliforniya ştatında komandalara ehtiyac var və ştat boyu bütün hava nəqliyyaları tükənib.

San Fransisko Chronicle qəzetinin verdiyi məlumata görə, Napa mahalında 80 yaşlı Qail Bikett yanan evindən yalnız 3 itini xilas edə bilib.

Yüzlərlə ev ərazidəki bir neçə yanğına görə təhlükə altındadır. Güclü küləklər yanğınları Napaya doğru istiqamətləndirir. Şəhərdəki 2 min evə təxliyə göstərişi verilib.

Çərşənbə axşamı günortadan sonra yanğın 2017-ci ildə yanğınların 6 nəfərin ölümü və 800-ə yaxın binanın dağılmasına səbəb olduğu Atlas zirvəsi adlanan əraziyə doğru irəliləyib.

Yanğınsöndürənlər kanyonlardan keçən alovla mübarizə aparır. Lakin havanın istiliyi onların mübarizəsini çətinləşdirir. Bundan əlavə elktrik xəttinin kəsilməsi ilə 2 minə yaxın insan qaranlığa bürünüb.

Gün ərzində temperturun yüksəkliyi elektrik sistemini sıradan çıxarıb. Operatorlar keçən həftə iki dəfə işıqların söndürülməsini tələb etmişdi. Lakin bu həftə insanlar hələ ki, işıqla təmin olunur.

Avqustun 18-də yayılan xəbərdarlığa görə, 2 milyon evin işıqlarının 1 və ya daha artıq saat kəsiləcəyi bildirilmiş və sonradan bu qərar ləğv edilmişdi.

Yüksək temperaturun davam edəcəyi və bəzi yerlədə hətta artacağı proqnozlaşdırılıb. Havanın daha sonra bir qədər soyuyacağı deyilsə də, həftə sonu isti hava şəraiti davam edəcək.

İsti havadan başqa Meksikanı vuran Cenevyev qasırğasının gətirdiyi rütubət Kaliforniyanın cənub bölgələrdə qısamüddətli və güclü ildırımlara səbəb olub.

XS
SM
MD
LG