Accessibility links

Kaliforniyada meşə yanğınları davam edir


ABŞ-ın Kaliforniya ştatının qərbində yanğınsöndürmə rəsmiləri Los Anjelesin şimal-qərbində baş verən meşə yanğınlarına qarşı mübarizə aparır. Bu, ştat tarixinin ən böyük və ən dağıdıcı yanğınlarındandır.

Tomas yanğını nəticəsində 1 həftə ərzində Santa Barbara qraflığında 930 kvadrat kilometrlik ərazi yanıb, 800 bina dağılıb. Rəsmilər deyir ki, yanğının təkcə 10 faizinin qarşısı alınıb. Yanğınsöndürənlər havadan müdaxilə etməyə nail olsalar da, bu yanğın güclü küləklər səbəbilə sürətli şəkildə yayıldığı üçün çox təhlükəlidir.

Yanğın təxminən 30 min insanın evlərindən təxliyə olmalarına səbəb olub. Sakinlər tüstündən qorunmaq üçün maskalar alır, bəzi məktəblər isə bağlanıb.

Prezident Donald Tramp cümə günü Kaliforniya ştatında fövqəladə vəziyyətlə bağlı federal bəyannamə təqdim edərək, federal agentliklərin regionda yardım səylərinə qoşulmalarına yol açır.

Cənubi Kaliforniyada ilin bu vaxtında qış yağışları başlamadığı, regionda güclü küləklərin əsdiyi zaman tez-tez yanğın baş verir. Lakin bu il vəziyyət daha da pisdir, çünki mövsüm çox quru, isti və küləkli keçir.

Bir neçə həftə öncə Kaliforniyanın şimalında baş verən bir başqa yanğın zamanı 44 nəfər ölüb, 8900 ev və digər binalar dağılıb.

XS
SM
MD
LG