Accessibility links

Kaliforniyada boulinq meydançasında atışma - 3 nəfər həlak olub


ABŞ-ın Los Anceles şəhəri yaxınlığındakı boulinq meydançasında cümə gecəsi baş verən atışma nəticəsində üç nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.

Mətbuatın və şahidlərin dediyinə görə, Los Ancelesdə 32 kilometr aralıda yerləşən Torrans şəhərindəki boulinq meydançasındakı atışma əlbəyaxadan sonra başlayıb.

Torrans şəhərinin Polis İdarəsi bildirib ki, çağırışa cavab verərək, hadisə yerinə gələn polis əməkdaşları odlu silah qurbanlarını aşkar ediblər. İdarənin bildirdiyinə görə, onlardan üçü hadisə yerində həlak olub, digər dörd nəfər xəstəxanaya çatdırılıb.

29 yaşlı Torrans sakini Ues Hamad atışma baş verən zaman yaxınları ilə boulinq meydançasında idi. O deyib ki, oradakı kütləvi əlbəyaxa nəticədə bu “tam xaosa” çevrildi.

Polis təhqiqatın davam etdiyini və şübhəlilərin axtarışda olduğunu bildirib.

XS
SM
MD
LG