Accessibility links

Kaliforniyada meşə yanğını: 9 ölü


ABŞ prezidenti Donald Tramp Fransada səfərdədir. Lakin buna baxmayaraq o, şənbə günü Twitter-də Kaliforniyada baş verən meşə yanğınlarına görə ştat rəsmilərini günhalnadırıb. O, yanğınların meşələrin pis idarə olunmasının nəticəsi olduğunu deyib və onları federal maddi yardımı kəsməklə hədələyib. Lakin prezident Kaliforniya iqlimində tez-tez baş verən quraqlığı nəzərə almayıb.

"Kaliforniyada bu cür nəhəng və böyük xərclər tələb edən meşə yanğınlarına yeganə səbəb idarəçiliyin zəif olmasıdır. Hər il onlara milyardlarla dollar verilir, amma bu qədər insan olür, hamısı da meşələrin pis idarə olunmasına görədir. Bu vəziyyəti düzəldin, yoxsa bir daha federal yardım almayacaqsınız", o yazıb.

Kaliforniyanın şimal bölgəsinin hüquq-mühafizə orqanları cümə günü müşə yanğını nəticəsində doqquz nəfərin öldüyünü bildirib. Bu yanğın ştatda 6400 evi yerlə yeksan edib, genişmiqyaslı evakuasiyalara səbəb olan üç yanğından biridir.

Batt Qraflığı Şerifinin idarəsinin verdiyi məlumata görə, qurbanların çoxu ya maşınlarında ya da maşınlarının kənarında ölü tapılıb. Onlar Sakramentodan şimalda yerləşən dağlıq şəhər Paradaysdan qaçmağa çalışarkən həyatlarını itirib.

Cümə günü rəsmilər bildirib ki, yanğın nəticəsində 6453 ev və 260 kommersiya binası dağılıb. Yanğın 362 kvadrat kilometrlik bir əraziyə yayılıb.

Cümə axşamı başlayan yanğın cümə gününədək dörd dəfə artıb. Rəsmilər yanğının sadəcə 5 faizini spndürə bildiklərini deyir.

Paradaysda tərk edilmiş maşınlar
Paradaysda tərk edilmiş maşınlar

Maşınlarında ölü tapılanlardan əlavə. Paradaysda bir çox insan yaranan tıxacda həyatlarını qurtarmaq üçün maşınlarını tərk edib qaçmağa məcbur olub.

Onlarla insan itkin düşüb.

Kalifroniyanın yanğın rəsmiləri deyib ki, yanğınsöndürənlər cümə axşamı alovları söndürmək əvəzinə insanların şəhərdən sağ çıxmasına yardım edib.

Sakramentodan 145 kilometr uzaqlıqda yerləşən Paradaysın 26 min sakini var idi.

Nəhəng evakuasiyalar

Bundan əlavə 93 min sakini olan qonşu Çiko şəhərinə də təxliyyə əmri gəlib, çünki alovlar saatda 56 kilometr sürətlər irəliləyən külək səbəbilə sürətli şəkildə ətrafa yayılır.

Paradaysda ev yanır
Paradaysda ev yanır

Bir neçə vətəndaş və yanğınsöndürən xəsarət alıb. Rəsmilər deyir ki, ölənlərin dəqiq sayını müəyyən etmək bir nüçə gün çəkə bilər.

Kaliforniyada qubernator vəzifəsini müvəqqəti icra edən Qavin Nyusom yardım və bərpa işlərini asanlaşdırmaq məqsədilə ştatın şimal hissəsində fövqəladə hal elan edib.

Kamp Yanğını kimi tanınan bu yanğın çox qısa bir müddət ərzində Kaliforniyada baş verən ən dəhşətli yanğınlardan birinə çevrilib.

Paradays, Kaliforniya
Paradays, Kaliforniya

Bundan əlavə Vulsi Yanğını da rəsmiləri Los Anceles şəhərindən şimal-qərbdə yerləşən Ventura Qraflığında 75 min evin könüllü təxliyyəsi ilə bağlı çağırışlar etməyə məcbur edib.

Ventura qraflığında Hill Yanğını da baş verir. Rəsmilər bu yanğının cümə axşamı artıq 4050 hektar ərazini yandırdığını və artıq okeana doğru irəlilədiyini bildirib.

XS
SM
MD
LG