Yanğınsöndürənlər hələ də Kaliforniyanın şimalında ən azı 42 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə mübarizə aparır. Bu, ştat tarixində ən ölümcül yanğındır.
Rəsmilər yanğının Paradayz şəhərini bürüməsindən 4 gün sonra hələ də yüzlərlə adamın itkin düşdüyünü bildirir.
"Biz indi insan qalıqlarını tapan itləri cəlb etməyi planlaşdırırıq. Artıq onlar üçün müraciət etmişik."-deyə, Butte rayon şerifi Kori Onea bildirib.
Kaliforniyanın şimalında baş vermis iki kiçik yanğın iki nəfərin ölümünə səbəb olub.
Sinoptiklər meşələrin yanmasına şərait yaradan quru və küləkli havanın ən azı çərşənbə axşamına qədər davam edəcəyini bildirib.
Bazar ertəsi axşamı prezident Donald Tramp yanğınları “böyük fəlakət adlandırıb və yanğının təsirinə məruz qalanlara federal yardımın ayrıldığını bildirib.