Accessibility links

Kaliforniyada meşə yanğınları, yüzlərlə insan evakuasiya edilir


Kaliforniyanın fövqəladə hallar rəsmilərinin cümə axşamı verdiyi məlumata görə, San-Fransiskonun şimalındakı tarixi şərabçılıq bölgəsindəki meşə yanğınları səbəbindən yüzlərlə insanın evakuasiya edilməsinə göstəriş verilib.

Əraziyə yaxın yerlərdə yaşayan 200,000 insan elektriksiz qalıb.

Kaliforniyada tez-tez baş verən meşə yanğınlarının fəsadları ştat büdcəsinə milyonlarla dollar ziyan vurur.

Kaliforniyanın Meşə və Yanğından Mühafizə İdarəsi güclü küləklər səbəbindən Kinkeyd yanğınının 4000 hektardan çox ərazini əhatə etdiyini bildirib.

Sonoma mahalının rəsmiləri təxminən 900 sakini olan Geyserville qəsəbəsinin məcburi evakuasiyasına əmr verib.

Yerli müxbirin sosial mediada yaydığı bir videoda şəhər səmasının qaranlıq fonunda parlayan alovu görmək və mikrofonda güclü küləyin səsini eşitmək olub.

Yanğınsöndürənlər Saddle Ridge meşə yanğınını söndürməyə çalışır. Porter Ranch, Kaliforniya, ABŞ. 11 oktyabr, 2019.
Yanğınsöndürənlər Saddle Ridge meşə yanğınını söndürməyə çalışır. Porter Ranch, Kaliforniya, ABŞ. 11 oktyabr, 2019.

Kaliforniya rəsmiləri bu həftə ştatın böyük bir hissəsinin güclü yanğınlar, yüksək temperatur və güclü küləklər riski altında ola biləcəyi barədə xəbərdarlıq edib.

Quraqlıq zamanı ABŞ-ın qərbində yerləşən Kaliforniyada meşə yanğınları tez-tez baş verir. Bu növ yanğınlarla mübarizə və onların nəticələrinin aradan qaldırılması ştat büdcəsinə milyonlarla dollara başa gəlir.

XS
SM
MD
LG