Accessibility links

Kaliforniyada nümayişçilər iri limanın bağlanmasına bais olublar


Kaliforniyada nümayişçilər iri limanın bağlanmasına bais olublar
Kaliforniyada nümayişçilər iri limanın bağlanmasına bais olublar

Minlərlə etirazçı ABŞ qərb sahilində beşinci ən iri limanın müvəqqəti bağlanmasına səbəb olublar. Kaliforniyanın Oakland şəhərində keçirilən oturaq aksiya "Wall Street-i Zəbt Edək" hərəkatının tərkib hissəsidir.

Oakland Limanının rəsmiləri əməliyyatları dayandıraraq işçiləri evə göndəriblər. Rəsmilər təhlükəsizliyin təmin edilməsindən sonra əməliyyatların bərpa olunacağını bildirirlər.

Dünən minlərlə nümayişçi bütün şəhər boyu yürüş keçirərək ümumşəhər tətilinin başlamasına çağırmışdılar.

Nümayişçilər insanları məktəbləri və iş yerlərini tərk etməyə səsləmiş, lakin yalnız qismən hədəflərinə nail olmuşdular.

XS
SM
MD
LG