Accessibility links

Kaliforniyada yanğının baş verdiyi ərazilərdə yağış gözlənilir


Kaliforniyanın şimalında bəzi yerlərə yağış yağır. Bu, ölümcül yanğını söndürməyə çalışan komandalara yardım edə bilər.

Lakin rəsmilər narahatdır ki, yağışlar sellərə səbəb ola, bu isə insan qalıqlarını tapmaq səylərini çətinləşdirə bilər.

"Yağış yanğın nəticəsində yaranan dağıntılar arasında axtarışı çətinləşdirir. Amma mən bu gün axtarış komandası və antropoloqlarla birlikdə orada idim və onlar əmindir ki, əgər nə isə varsa, onlar onu tapacaqlar” - deyə, Bat Qraflığının şerifi Kori Honea bildirib.

Kaliforniyada yanğınlar nəticəsində ölənlərin sayı azı 83 nəfərə çatıb. Buna çərşənbə axşamı evlərində ölən iki qurban daxildir.

Kamp yanğını 13 min evi dağıdıb. Yanğının 85 faizinin qarşısı alınıb.

XS
SM
MD
LG