Accessibility links

Kaliforniyada yanğın: milyonlarla insan elektriksiz qalıb


Kaliforniyada meşə yanğını

Kaliforniya rəsmiləri şənbə günü bildirib ki, “tarixi və ekstremal” küləklərin ştatın şimalında meşə yanğınlarını daha da artıracağı gözlənilir. Ərazidə minlərlə sakin elekstriksiz qalıb.

Ştatın qubernatoru Qavin Nyusom fövqəladə vəziyyət elan edib. Kinkeyd Yanğını çərşənbə günü Sonoma regionunda başlayandan bəri 9,591 hektarlıq əraziyə yayılıb.

Yanğın 50-dən çox strukturu dağıdıb və Geysersvil adlı kiçik icmanın evakuasiyasına səbəb olub.

Şənbə günü isti və sərt küləklərin başlayacağı və bazar ertəsinədək davam edəəcyi gözlənilir.

Ştatın ən böyük elektrik şirkəti Pacific Gas & Electric təhlükəsizlik səbəbilə 850 min müştərinin elektriyini kəsməyi planlaşdırdığını bildirib.

Kinkeyd Yanğınını 1300-ə yaxın yanğınsöndürən söndürməyə çalışıb. Kaliforniya Meşə və Qoruma Departamentinin məlumatına görə, yanğənın yalnız beş faizinin qarşısı alınıb.

Pacific Gas & Electric Sonoma Qraflığında bu həftə 28 min müştərinin elektriyinin kəsildiyinə baxmayaraq, yanğın başlayan zaman ərazidə bəzi yüksəkgərginlikli elektrik xətlərinin hələ də işlədiyini bildirəndən sonra şirkətlə bağlı təhqiqat başladılıb.

Ötən il Kaliforniyada baş verən ən tələfatlı yanğına da bənzər elektrik xətləri səbəb olmuşdu. Həmin yanğın nəticəsində 86 nəfər həyatını itirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG