Accessibility links

Kaliforniyada yanğınlar: 23 nəfər ölü


Sheriff's deputies recover the remains of a victim of the Camp Fire, Nov. 10, 2018, in Paradise, California.

Kaliforniya ştatının şimalı və cənubunda bazar günü yanğınlar davam edir. Öldürücü alovun qarşısını böyük çətinliklə almaq mümkün olur. Meteroloqlar güclü küləklər və quru hava şəraitinin davam edəcəyini proqnozlaşdırır.

Ölənlərin sayının 23 nəfər olduğu haqda məlumat verilib. Lakin xilasetmə işçiləri yanğın nəticəsində dağılmış bölgələrə çatanda bu rəqəmin arta biləcəyi bildirilir. Minlərlə insan özləri ilə yalnız ən zəruri şeyləri götürərək, bölgədən evakuasiya edilib.

Rəsmilərin bildirdiyinə görə, Kaliforniyadakı yanğınlardan biri yalnız 20 faiz məhdudlaşdırılıb.

Kaliforniyanın cənubunda “Vulsi” və “Hill”, ştatın şimalında isə “Kemp” yanğınları cümə axşamı günü başlayıb və külək və quru hava şəraitinə görə indiyə qədər davam edir.

Verilən məlumatlar görə, onlarla insan itkin düşüb.

Rəsmilər bildirir ki, “Kepm” ştat tarixində ən çox dağıntılara səbəb olan, ölüm hallarına görə isə üçüncü ən böyük yanğındır.

XS
SM
MD
LG