Accessibility links

Kaliforniyada yanğınlar nəticəsində ölənlərin sayı 31-ə çatıb


Kamp yanğını
Kamp yanğını

Bazar günü Kaliforniyanın həm cənub həm şimalında yanğınlar davam edib. Güclü külək və quru hava səbəbilə ölümcül yanğınların qarşısını almaq çox çətin olub.

Yanğınlar nəticəsində ölən insanların sayı 31-ə çatıb və xilasedicilər axtarışları davam etdirdiyi bir vaxt qurbanların sayının artacağı gözlənilir.

Kaliforniyanın şimalında Kamp, cənubunda isə Vulsi və Hill yanğınlarını söndürmək üçün 8 mindən çox yanğınsöndürən səfərbər olunub.

Hüquq-mühafizə orqanları bildirir ki, nəhəng Kamp yanğınında 29 nəfər ölüb, 228 nəfər isə hələ də itkindir.

Minlərlə insan sahib olduqları çox az sayda əşyalarını alaraq, evlərini təxliyyə edib.

Bu arada isə Kaliforniyanın cənubunda Vulsi yanğınında iki nəfər həyatını itirib. Alovlar ötən ay kütləvi atışmada 12 nəfərin öldürüldüyü Los Ancelesin şimal-qərbində yerləşən Ventura Qraflığında 75 min evi təhlükə altına qoyub.

Atışmanın baş verdiyi Tausend Oaks şəhərinin meri deyib ki, şəhərin üçdə biri ilə bağlı evakuasiya göstərişi verilib.

Rəsmilər deyir ki, Kamp yanğını 6500 evi, 260 kommersiya tikilisini dağıdıb və 404 kvadrat kilometlrik əraziyə yayılıb. Bu yanğın Kaliforniya tarixinin ən dağıdıcı yanğınına çevrilib. Ölənlərin sayı isə 1993-cü ildə baş verən ən ölümcü Qriffit Parkı yanğınında ölənlərin sayına bərabərdir.

XS
SM
MD
LG