Accessibility links

Kaliforniyada yenidən zəlzələ baş verib


Kaliforniyada 7.1 bal gücündə baş verən zəlzələ nəticəsində binalar çatlayıb, yanğınlar baş verib, yollar dağılıb və bir neçə nəfər xəsarət alıb. Seysmoloqlar bir neçə gün və ya hətta bir neçə həftə boyu kiçik yeraltı təkanların davam edəcəyini proqnozlaşdırır.

Cümə gücə baş verən zəlzələ son 20 ildə Cənubi Kaliforniyada olan ən güclü zəlzələ idi. Bundan bir gün öncə isə ərazidə 6.4 bal gücündə zəlzələ baş verib.

Kaliforniya Texnologiya İnstitutunun seysmoloqu Lüsi Cons deyib ki, gələn bir həftə ərzində 7.0 baldan daha güclü zəlzələnin baş vermə ehtimalı 10-da 1-dir.

"5.0 baldan daha güclü zəlzələ ehtimalı isə demək olar dəqiqdir", o əlavə edib.

Cons afterşokların bir neçə il davam edə biləcəyini söyləyib.

Zəlzələ yerli vaxtla saat 8:19 baş verib və episentri Ridckrestdən 11 uzaqlıqda, bundan öncəki zəlzənin episentri ilə eyni yerdə olub.

Qubernator Qavin Nyusom Fövqəladə Xidmət İdarəsində əməliyyatları "ən yüksək səviyyəyədək artırıb" və prezident Donald Trampı fövqəladə vəziyyətlə bağlı bəyannamə izlamağa çağırıb ki, ştat federal yardım ala bilsin.

Zəlzələ Sakramento, Las Veqas və Meksikada da hiss edilib.

XS
SM
MD
LG