Accessibility links

Kaliforniyadakı yanğın nəticəsində ölənlərin sayı 77-yə çatıb


Kaliforniyanın qərbində ştat tarixində ən ölümcül yanğının şəhərlərini bürüməsindən 300-dən çox adamın təhlükədə olmadığı müəyyənləşdirilib.

Belə bir şeyin baş verə biləcəyini heç kəs fikirləşə bilməzdi. Tam dağılmış kimidir.
Donald Tramp

Lakin Paradayz şəhərində yanğının başlamasından bir həftə sonra 1300-dən çox insan hələ də itkindir. Axtarış qrupları yanmış evlərin qalıqları arasında axtarışlar apararaq ailələri və dostları tərəfindən axtarılan insanlarla əlaqə yaratmağa kömək edir.

Son nəticələrə görə yanğında ölənlərin sayı 77-yə çatıb. Bate rayon şerifinin verdiyi məlumata görə, rəsmilər ölənlərin 67-ni müəyyən edib.

Yanğın hələ də davam edir. Yanğının 65 faizi minlərlə yanğınsöndürənin nəzarəti altındadır.

Rəsmilərin sözlərinə görə, onlar yanğın ətrafı mühafizə xətlərinin yaradılması və gücləndirilməsi ilə alovu söndürəcəklərinə ümid etdiklərini düşünür.

Bu həftə Kaliforniyanın şimalına proqnozlaşdırılan yağışlı hava şəraiti yanğının söndürülməsinə kömək edə bilər.

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG