Kaliforniya ştatının şimal bölgəsinin Yanğınsöndürmə İdarəsinin rəsmiləri meşə yanğınını söndürən zaman bir bulldozer sürücüsünün öldüyünü, üç yanğınsöndürənin isə yaralandığını bildirib.
Kaliforniyanın şimal və cənub bölgələrindəki yanğınların yayılma qorxusu olduğu üçün insanlar evlərindən evakuasiya edilir.
Genişmiqyaslı yanğınların artıq onlarla evi sıradan çıxarmasına baxmayaraq, bəzi evlər möcüzəvi şəkildə dağılmayıb.
Bölgə qubernatoru Cerri Braun hər iki ərazidə fövqəladə vəziyyət elan edib.