Accessibility links

Kaliforniyadakı yanğın ştat tarixinin ən böyük yanğınına çevrilib


ABŞ-ın qərbində yerləşən Kaliforniya ştatının hüquq-mühafizə orqanları bildirir ki, bir həftə öncə başlayan meşə yanğını ştat tarixinin ən böyük yanğınına çevrilib.

Mendosino Kompleksi adı verilən yanğın ştatın şimal hissəsində ayrı-ayrı başlayan, daha sonra isə birləşən iki yanğından ibarətdir. Ümumilikdə bu yanğın nəticəsində 115 min hektar ərazi yanıb. Bu isə, dekabr ayında baş verən Tomas yanğının məhv etdiyi ərazidən daha böyükdür.

Kaliforniyanın Meşəçilik və Yanğından Qoruma İdarəsi bildirib ki, bazar ertəsi Mendosino yanğının 30 faizinin qarşısı alınıb, amma yanğının şiddəti hələ də artır. Alovlar nəticəsində 150 bina məhv olub.

Bənzər hava şəraiti Kaliforniyanın şimalında bir digər Karr yanğının şiddətinin artmasına səbəb olub. İndiyə kimi həmin yanğın nəticəsində beş mülki vətəndaş və iki yanğınsöndürən ölüb.

XS
SM
MD
LG