Accessibility links

Kamala Harris Çinin Cənubi Çin dənizində təhdidedici mövqe tutduğunu bildirib


Kamala Harris Sinqapurda
Kamala Harris Sinqapurda

ABŞ-ın Vitse-prezidenti Kamala Harris çərşənbə axşamı Çinin "Cənubi Çin dənizinin böyük hissəsi üzərində haqları barədə iddialar və təhdidlər irəli sürməyə davam etdiyini" açıqlayıb.

Sinqapur səfəri zamanı danışan Harris Çinin addımlarının "qaydalara əsaslanan nizamı pozmağa davam etdiyi və dövlətlərin suverenliyini təhdid etdiyini" bildirib.

ABŞ Prezidenti Co Bayden administrasiyası Çinin təsirinə qarşı mübarizəni xarici siyasətin əsas elementlərindən birinə çevirib.

"Amerika Birləşmiş Ştatları bu təhdidlərə qarşı müttəfiqlərimiz və tərəfdaşlarımızın yanındadır. Açıq şəkildə deməliyəm: Cənub-Şərqi Asiya və Hind-Sakit Okean bölgəsindəki işimiz heç bir ölkəyə qarşı deyil və ya kimlərinsə ölkələr arasında seçim etməsini nəzərdə tutmur. Əksinə, hədəfimiz bu bölgədəki iştirakımız və tərəfdaşlığımız üçün optimist bir görüşü inkişaf etdirməkdir" - deyə, Harris vurğulayıb.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin buna cavab olaraq, ABŞ-ın "bilərək böhtan ata bilmək, təzyiq göstərmək, məcbur etmək və heç bir şeyin qarşılığını ödəməyəcək" bir sistemə tərəfdar olduğunu bildirib.

Harris ABŞ-ın sülh və sabitliyi, dənizlərdə azadlıq, maneəsiz ticarət, insan haqları və beynəlxalq qaydalara əsaslanan bir nizama dair öhdəliklərini bir daha təsdiqlədiyini qeyd edib.

O həmçinin bölgədə yaşayış üçün əsas mənbələri dəniz yollarından asılı olan milyonlarla insan və region vasitəsilə həyata keçirilən milyardlarla dollarlıq ticarəti qeyd edib.

ABŞ-ın vitse-prezidenti Hind-Sakit okean bölgəsindəki insanların dəniz səviyyəsinin artması və daşqınlar da daxil olmaqla, iqlim dəyişikliyi təhlükələrini anladıqlarını və böhranın "daha da aktuallaşdığını" deyib. Harris qarşılıqlı əlaqədə olan bir dünyada problemin hər kəsə təsir etdiyini və "kollektiv hərəkət tələb etdiyini" əlavə edib.

Xüsusilə Birma kimi tanınan Myanma haqqında danışan Harris ABŞ-ın bu ilin əvvəlində ordu tərəfindən həyata keçirilən çevrilişdən "çox narahat olduğunu" da dilə gətirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreyanın impiç edilmiş prezidenti nəzarət altına alınıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG