Accessibility links

ABŞ Mərkəzi Amerikanın özəl sektorlarına 1,2 milyard dollar sərmayə qoymağı planlaşdırır


ABŞ-ın vitse-prezidenti Kamala Harris regionda miqrasiyanın azaldılmasına yönəlmiş proqram çərçivəsində bazar ertəsi Mərkəzi Amerikanın özəl sektoruna 1,2 milyard dollar sərmayə qoyulacağını elan etməlidir.

Harrisin bu barədə açıqlaması Mərkəzi Amerikadakı investisiya təşəbbüslərini müzakirə etmək üçün ev sahibliyi etdiyi 10 şirkətin liderləri ilə görüşdə verəcəyi gözlənilir.

Ağ Ev bildirdiyinə görə, bu məbləğə Honduras, Qvatemala, Salvadorun fermerlərinə yardım məqsədi ilə 5 illik 150 milyon dollar, habelə Mərkəzi Amerikada Gender Bərabərliyi Mərkəzinə 50 milyon dollarlıq yardım daxildir. Burada gender bərabərsizliyi çərçivəsində zorakılıqların azaldılması, qadınların iş imkanlarının yaxşılaşdırılması da nəzərdə tutulur.

Ağ Ev Parkdale Mills-in Hondurasda 500 işçi üçün yeni iş yeri açılacaq iplik emalı fabriki tikməyi planlaşdırdığını bildirib.

JDE Peet şiirkəti iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma, gəlir mənbələrinin şaxələndirilməsi və bazarlara daha yaxşı çıxış da daxil olmaqla, Mərkəzi Amerikadakı fermerlərə dəstəyini artırmağı planlaşdırır.

"Bu, vitse-prezidentin may ayında bizneslər və sosial müəssisələrin iqtisadi imkanların təşviqi və miqrasiyanın əsas səbəblərinin davamlı şəkildə həll edilməsi üçün yeni, əhəmiyyətli öhdəliklərinin çağırışına cavabdır" - deyə, Ağ Ev rəsmisi bildirib.

Harris insanların öz ölkələrini tərk etmək məcburiyyətində qalmalarının səbəblərinə diqqət yetirməklə, Bayden administrasiyasının Mərkəzi Amerikadan ABŞ sərhədinə üz tutan miqrasiyanın qarşısını almaq səylərinə rəhbərlik edir.

XS
SM
MD
LG