Accessibility links

Kambocada binanın çökməsi nəticəsində 28 nəfər ölüb


Ən azı dörd Çin vətəndaşı ötən şənbə Kambocada 28 inşaat işçisinin ölməsi ilə nəticələnən binanın uçmasına görə məsuliyyətə cəlb olunub.

Binanın sahibi də daxil olmaqla dörd nəfər Prea Sianuk vilayət məhkəməsində düşünülməmiş qətl və xəsarət yetirməkdə ittiham olunub.

Sianuksvil kurort şəhərində tikintisi tamamlanmamış yeddi mərtəbəli yaşayış binası 50-60 işçi üçün müvəqqəti yaşayış yeri olub. Hadisə zamanı ən azı 26 nəfər xəsarət alıb, iki nəfər sağ çıxarılıb.

Çinin Pnompendəki səfirliyinin bazar ertəsi verdiyi bəyanatda "qəzanın araşdırılması və Kamboca rəsmiləri tərəfindən qanuna uyğun olaraq lazımi tədbirlərin görülməsinə dəstək" bildirilib. Səfirlik həmçinin xilasetmə işlərinə Çindən yardımın səfərbər olunduğu xəbər verilib.

Bazar günü axşam əraziyə gələn Kamboca baş naziri Hun Sen Facebook səhifəsində şəhərdə Çinin tikinti layihələrinə nəzarət etmək üçün xüsusi komitənin yaradıldığını bildirib. O həmçinin Facebook-da əyalət vilayət qubernatorunun istefa verməsini xahiş etdiyini və onun bunu qəbul etdiyini yazıb.

Sianukvildə son illər ərzində Çin tərəfindən maliyyələşən tikintilərin sayı artıb. Bunlar əsasən kazino, yaşayış binaları və otellərdir.

XS
SM
MD
LG