Accessibility links

Kameron Diaz təknikahlılığı dəstəklədiyini deyir


Kameron Diaz təknikahlılığı dəstəklədiyini və münasibətlərdə sədaqətliliyi dəyərləndirdiyini deyir.

Bu həftənin əvvəlində çıxan məlumatdan fərqli olaraq 41 yaşlı aktrisa Kameron Diaz bütün sevgililiyə namizədlərinin narahatlıqlarına son qoyub. Aktrisa gerçək həyatda təknikahlılığın tərəfdarı olan qadın tanımadığını deməsini inkar edib.

“Sabahın Xeyir, Amerika!” şousunda Lesli Mann və Keyt Uptonla birgə çəkildikləri “Başqa Qadın” filmini reklam edərkən ondan yalnız bir şəxslə daimi həyat qurmağa inanıb-inanmadığına dair sual verilib.

Kameron Diaz “mənim qəhrəmanım bir şəxslə həmişəlik ailə qurmağa inanmır” deyib.

Bundan sonra müxbirlər Diazdan “siz monoqamlığa inanmırsız” sualı verib. Aktrisa isə “bu mənim oynadığım xarakterin düşüncəsidir, mən belə düşünmürəm deyib. Mən rol ifa edirəm.”

Kameron Diaz əlavə olaraq “münasibətlərin alınması üçün təknikahlılıq çox, düşünürəm ki, çox vacibdir” deyib.
XS
SM
MD
LG