Accessibility links

Deyvid Kameron müşavirləri ilə görüş keçirib


Britaniyanın baş naziri Deyvid Kameron Londonda əsgərin qətlindən bir gün sonra yüksək səlahiyyətli müşavirləri ilə görüş keçirib.

Polis öldürülən şəxsin əsgər olduğunu təsdiq etsə də, kimliyi barədə açıqlama verməyib.

Media məlumatına görə, qatillər Afrika mənşəli britaniyalılardır. Şübhəlilərin kimliyi barədə məlumat verilmir.

Baş nazir Kameron qətli dəhşətli terror aksiyası adlandırıb.

Scotland Yard's əks-terror təşkilatı istintaqa rəhbərlik edir.
Şahidlərin dediyinə görə, əsgər qəssab bıçağı ilə öldürülüb.

Britaniya televiziyası ilə bir kişinin qanlı əllərində balta və bıçaq tutduğu göstərilib. O deyib ki, siz insanlar həmişə təhlükədə olacaqsınız. Qatil qadın və uşaqlardan üzr istəyərək bildirib ki, bizim torpaqlarda qadınlar belə halların şahidi olur.
XS
SM
MD
LG