Accessibility links

Kamerunun qaçqın düşərgəsində intiharçı hücümü olub


Rəsmilərin bildirdiyinə görə, bu gün iki intiharçının Kamerunun şimalında, Bokor-Haramdan qaçan insanların məskunlaşdığı düşərgədə həyata keçirdiyi bomba hücumu azı 4 nəfərin ölümünə, 20-dən çoxunun yaralanmasına səbəb olub.

Yerli hökumət rəsmiləri Kolofata şəhərində yerli vaxtla səhər saat 6 radələrində qaçqın düşərgəsində həyata keçirilən iki bomba hücumu zamanı ölənlərin sayının 6 nəfər, yaralananların isə 30 nəfər olduğunu bildirib. Onlardan 10 nəfərin vəziyyəti ağırdır.

Polis 4 nəfərin ölümü barədə xəbəri təsdiq edib və intiharçıların da öldüyünü bildirib.

Son illər Kamerun şimalı Nigeriyanın islamçı yaraqlıların zorakılıqlarından qaçanlar üçün sığınacağa çevrilib. Nigeriya qaçqınlarının axını artdıqca sərhəd yaxınlığında yaşayan sakinlər evlərini məcburi tərk etməli olub.

Boko-Haramın səkkiz ildir qaldırdığı üsyan Çad Gölu regionunda 15 mindən çox insanın ölümünə, 2 milyon insanın didərgin düşməsinə səbəb olub.

XS
SM
MD
LG