Accessibility links

Kamerun qəhvəsi


Kamerun qəhvəsi
please wait
Embed

No media source currently available

0:00 0:02:30 0:00

Vaxtilə Kamerun dünyada qəhvə istehsal edən ölkələr arasında 12-ci yerdə idi, lakin 1990-cı ildən bu günədək 156 min tondan 25 min tona düşdüyünə görə 31-ci yerə keçib. Lakin ixrac hələ də yüksək olduğu üçün Kamerun yerli qəhvə istehsalını artırmağa çalışır.

Kamerunlular yerli Robusta və Arabika adlı qəhvələrin dadına paytaxtda keçirilən festival zamanı baxırlar. Ziyarətçi: “Bu gün dadına baxdığım qəhvəni ola bilər mən gələcəkdə daha çox içim. Fikirmcə, qəhvə gözəl şeydir.”

Hər il keçirilən “Festicoffee” mərasiminin məqsədi daxili istehsalı artıqmaq üçün 24 milyon kamerunlunu qəhvə içməyə təşfiq etməkdir. Kamüeunun ticarət naziri Luk Maqloir Mbarqa Aranqana: “Qəhvədən istifadənin artması Kamerunda qəhvə istehsalının artması deməkdir. Və biz daxili bazarı razı salamq üçün daha çox qəhvə istehsal edəcəyik.”

Bir vaxtlar Kamerun dünyada ən çox qəhvə istesal edən ölkə idi. Lakin 1990-cı ildən bu günədək 156 min tondan 25 min tona düşüb.

Sənayeyə yaxın mənbələr qəhvənin dəyərinin 50 faizdn artıq enməsi ilə qəhvə istehsalçılarını həvəsdən saldığını deyir. Torrecam qəhvə fabrikinin direktoru Pyer Andre: "Biz problemlərimizin yerli həllini axtarmalıyıq. Qəhvənin yerli istehlakı bizim vərdişlərimizin bir hissəsi olmalıdır. Mən insanların öz ölkələrində istehsal olunan qəhvədən qorxmasının səbəblərini bilmirəm".

Afrikada ən çox qəhvə istehsal edən ölkələrdən yeddincisi olan Kamerun həm də Bu ölkə eləcə də Avropanın əsas ixrac bazarlarının xaricindəki bölgələrə də baxır. “Biz qonşu Nigeriya, Qabon, Konqo və Çad ölkələrini də hədəf alacağıq. Onların bazarları ümidvericidir və qəhvəmizin təxminən 90 faizini ala bilər. Hazırda Kamerun bazarı bizim istehsal etdiyimiz qəhvənin yalnız 10 faizini alır” - deyə, Pyer Andre bildirir.

Buna görə də Kamerun rəsmiləri ölkədəki 300 min hökumət işçisini qəhvə içməyə çağırır.

Builki Festicoffee festivalı “Gəlin Kamerun qəhvəsinin xeyrinə hərəkər edək!” şüarı altında keçirilir.

XS
SM
MD
LG